Britaniya kəşfiyyatı rusların Donbasda əsas məqsədini açıqladı

Hazırda oxunan: Britaniya kəşfiyyatı rusların Donbasda əsas məqsədini açıqladı

77347

“Rusiya Severodonetskin əksər hissəsinə nəzarəti ələ keçirib. Yəqin ki, növbəti hücuma keçməzdən əvvəl fasilə yaranacaq. Bu da son bir həftə ərzində tutulan ərazinin bir hissəsinin itirilməsinə gətirib çıxara bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hazırladığı və Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi gündəlik icmalda deyilir.

Kəşfiyyat ehtimal edir ki, Severodonetskə aparan əsas yol Ukraynanın nəzarəti altında qalacaq:

“Lakin Rusiya güclü artilleriya sayəsində uğurlarını artırmağa çalışacaq”.

Kəşfiyyatın məlumatına görə, şəhərin ələ keçirilməsi zamanı rus qoşunları böyük itki verir:

“Bundan sonra ruslar irəliləməklərinə maneə olan Seversk Donets çayına yaxınlaşmağa cəhd edəcəklər. Bu çaydan keçid Rusiya qüvvələri üçün son dərəcə vacibdir, çünki onlar diqqətlərini Luqanskdan Donetsk bölgəsinə yönəldəcəklər.
Rusiya qoşunları üçün potensial keçid məntəqələrinə Severodonetsk ilə qonşu Lisiçansk şəhəri arasında və bu yaxınlarda ələ keçirilən Limandan çox da uzaq olmayan yerlər daxildir”.
İcmalda deyilir ki, hər iki yer hələ də Ukrayna qüvvələrinin nəzarətindədir:

“Yəqin ki, Rusiyaya çayı keçməzdən əvvəl taktiki fasilə lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin