ABŞ-da polis tərəfindən öldürülən qadın etirazçının son tviti aktual müzakirə predmetinə çevrilib.
Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, polisin Konqres binasını etirazçılardan təmizləyərkən öldürdüyü qadının “Twitter”də son paylaşımı tapılıb.
Eşli Babbitin tvitində deyilir ki, “bizi heç kəs dayandıra bilməz. Qasırğa artıq burdadır və bu etiraz Vaşinqtonu bürüyəcək. Zülmətdən aydınlığa doğru.”
Qeyd edək ki, ölümündən bir az əvəl qadın etirazçı “biz gedirik! 2021-ci ilin 6 yanvarını ABŞ dərsliklərinə salacağıq” paylaşımını bəyənib.
Bizim.Media