İyunun 1-də Oklahoma ştatının Tulsa şəhərindəki Sent Fransis xəstəxanasında atışma baş verib.
Bizim.Media xəbər verir ki, atışma nəticəsində 4 nəfər ölüb. Tulsanın polis şerifi axşam saatlarında keçirilən mətbuat konfransında atəş açan şübhəli şəxsin intihar edərək öldüyünü bildirib.
Tulsa polisi kapitanı Riçard Meulenberq qeyd edib ki, atışma günortadan sonra xəstəxananın Natali tibb binasında baş verib. Həmin vaxt binanın içərisində olan polis əməkdaşı atışmanın aşağı mərtəbələrdə baş verdiyini deyib. Meulenberq hadisəni "fəlakətli səhnə" kimi qiymətləndirib.
Meulenberq bildirib ki, hadisə yerinə birinci gələn Tulsa Polis Departmenetinin Xüsusi Əməliyyatlar Qrupu və Alkoqol, Tütün və Odlu Silahlar Bürosu əməkdaşları vəziyyəti nəzarətə alıb və yaxınlıqdakı bütün yolları bağlayıb.
Bizim.Media