“Donetsk Xalq Respublikası”nın “lideri” Denis Puşilin yaralandı – İDDİA

Hazırda oxunan: “Donetsk Xalq Respublikası”nın “lideri” Denis Puşilin yaralandı – İDDİA

77215

Qondarma “Donetsk Xalq Respublikası”nın (“DXR”) “lideri” Denis Puşilinin Donetsk vilayətinin işğal olunmuş Liman şəhərində yaralanması ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “RİA Melitopol” nəşrində yer alıb.

Mənbə yazır ki, Ukrayna artilleriyasının mükəmməl işi sayəsində 50-yə yaxın Kadırovçu məhv edilib və 10-a yaxın texnika sıradan çıxarılıb.

Təsdiqlənməmiş məlumatlara görə, Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələrindən biri də ölüb. 

Nəşr qeyd edir ki, qondarma “DXR”in əsas təlxəyi Puşilin Donetsk vilayətinin Liman şəhərində yaralanıb, hazırda onunla bağlı yaynan videoların hamısı köhnədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin