Xokkey oyunun canlı yayımında finlandiyalı fanat rusları təhqir edib. Rusiya Dövlət Duması olaya münasibət bildirib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Xokkey üzrə Gənclər arasında Dünya Çempionatının bürünc medal uğrunda Rusiya-Finlandiya oyunun canlı yayımında fin azərkeşlərdən biri əlindəki plakatda rusların təhqir hesab etdiyi yazı sərgiləyib.
Rusiya parlamentinin mədəniyyət və idman komitəsinin üzvü Dmitri Svişev fin azərkeşinin “ryussya” ifadəsini şərh edərkən vurğulayıb ki, Finlandiya sakinləri ruslara qarşı bu sözdən tez-tez istifadə edir.
“Bu davranış onun daxili mədəniyyəti ilə bağlıdır. Axmaqlar hər yanda var deyə belə şeylərə çox fikir vermək lazım deyil.”
Həmin finladiyalı fanat barədə cəza tədbirləri kimi onun xokkey matçlarına buraxılmaması müzakirə olunur. Qeyd edək ki, qalmaqal yaşanan bu oyunda ruslar Finlandiyaya 1:4 hesabı ilə uduzub.
Bizim.Media