Ukrayna ombudsmanı istefaya göndərildi

Hazırda oxunan: Ukrayna ombudsmanı istefaya göndərildi

77044

Ali Rada Lyudmila Denisovanın Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefasına səs verib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu qərara Ukraynanın 234 xalq deputatı səs verib.

Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak öz “Telegram”ında yazıb ki, bu gün bu təyinata səsvermə olmayacaq.

Bir gün əvvəl “Xalqın xidmətçisi” fraksiyası Denisovaya etimadsızlıq göstərmək üçün imzaların toplandığını açıqlamışdı.

Mayın 30-da Denisova bildirib ki, “Ukrayna Prezidentinin Aparatı adından onun mayın 31-də vəzifəsindən azad edilməsi üçün imzaların toplanmasına başlanılıb”. Ombudsmanın sözlərinə görə, onun işdən çıxarılması üçün Ukrayna Konstitusiyasına zidd olan mexanizmdən istifadə olunacaq.
Denisova bu vəzifəni 2018-ci il martın 15-dən icra edir. Bundan əvvəl o, Yuliya Timoşenko (2007-2010) və Arseni Yatsenyuk (2014) hökumətlərində sosial siyasət naziri olub.

2022-ci il aprelin 27-də keçmiş uşaq ombudsmanı Nikolay Kuleba Denisovanı Xersonda 58 uşağın harada gizləndiyi barədə ruslara məlumat verməkdə ittiham edib və guya bundan sonra rus qoşunları onları Krıma aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin