İrandan yeni virus TƏHLÜKƏSİ – “Mərkəzi sinir sistemini zədələyir, ölüm halı 10-15 faizdir”.

Hazırda oxunan: İrandan yeni virus TƏHLÜKƏSİ – “Mərkəzi sinir sistemini zədələyir, ölüm halı 10-15 faizdir”.

76970

“Yeni xəstəlik deyil, amma “Krım-Konqo” qızdırması kifyət qədər təhlükəlidir, ölüm halı 10-15 faizdir”.

Bunu Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə son günlər İranda yayılan “Krım-Konqo” qızdırmasının əlamətləri, təhlükəsi və onunla müalicə metodları barədə danışarkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan sərhədində TƏHLÜKƏLİ XƏSTƏLİK YAYILIR: "Ciyər kababı yeməyin!"


“Tam olaraq bu xəstəlik “Krım-Konqo” hemorogik qızdırması adlanır. Bəzən ona “Krım-Konqo-Xəzər” qızdırması da deyirlər. Xəstəliyin ilk epidemiyası 1944-1945-ci ildə Krımda müşahidə edilib. Törədicisi viruslardır. Əsas infeksiya mənbəyi vəhşi və ev heyvanlarıdır. Amma keçiricilər gənələrdir. Gənələrin insanı dişləməsilə xəstəliyin əlamətləri başlayır. Gənə dişlədikdən 10-12 gün sonra xəstəliyin ümumi əlamətləri görünür, isitmə, qızdırma, bel və digər nahiyələrdə kəskin ağrılarla müşayiət olunur. Gözdə şişkinlik olur. Xəstələrin müəyyən qismində qanlı ishal da olur. Çox vaxt ishal qusma ilə özünü göstərir. Mərkəzi sinir sistemi zədələnə bilər”. 

Həkimin dediyinə görə, xəstəliyin tibb işçiləri arasında yayılması da mümkündür: 

“Bu qızdırmaya tutulanların hardasa 10-15 faizi həyatlarını itirir. Kifayət qədər ağır xəstəlikdir. Ağır hallarda xəstələrdə qara ciyər, böyrək çatışmamazlığı əlamətləri də özünü göstərə bilər”.   

V. Cavadzadə bildirir ki, qızdırmaya qarşı mübarizədə patogenetik və simptomatik müalicə üsullarından istifadə edilir:

“Diaqnozu pester müayinəsilə aparılır. Təbii ki, virusa təsir edən dərman yoxdur. Patogenetik və simptomatik müalicə tədbirləri aparılır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin