Azərbaycanlıya məhkəmə binasında oğurluğa görə iş kəsildi

Hazırda oxunan: Azərbaycanlıya məhkəmə binasında oğurluğa görə iş kəsildi

76891
Ukraynanın Xarkov şəhərində məhkəmə binasından oğurluq hadisəsi baş verib. 

ANS PRESS-in məlumatına görə, oğurluq hadisəsini yeniyetmə gənc törədib. İddiaya görə, gənci məhkəmə binasını soymağa azərbaycanlı şəxs məcbur edib. 

Xarkov məhkəməsi şübhəli şəxsi yeniyetməni məhkəmə binasına girməyə və işin materiallarını oğurlamağa inandırdığı üçün mühakimə edib.

Azərbaycan əsilli şəxsə bu əməllərinə görə 5 il həbs verilib. 

Xatırladaq ki, sözügedən oğurluq hadisəsi 4 fevral 2014-cü il tarixində baş verib. Mühafizə xidməti hadisə yerində pəncərə və dəmir barmaqlığın sındırıldığını aşkar edib. Oğurluq hadisəsi zamanı polislər gənc oğlanı ələ keçirsədə digər şəxsi tuta bilməyiblər. Yeniyetmə oğlan şərikinin məhkəmə binasının yanında onu gözlədiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin