Himalay Respublikasının şimal-qərbində Nepalın “Tara Air” aviaşirkətinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı zamanı ən azı 14 cəsəd tapılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “The Kathmandu Post” qəzeti hava daşıyıcısının rəsmi nümayəndəsi Sudarşan Bartauluya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təyyarə dağa çırpılıb və 100 metr radiusda parçalanıb. "Ölənlərin cəsədlərinin axtarışı davam edir", - Bartaula bildirib.
Təyyarənin qalıqları bazar ertəsi Nepalın şimal-qərbində Mustanq bölgəsində aşkar edilib.
Kanada istehsalı olan Twin Otter təyyarəsi bazar günü səhər Pokxara hava limanından Comsoma uçub və bir neçə dəqiqə sonra onunla əlaqə kəsilib. Təyyarədə 22 nəfər olub.
Onların arasında 13 Nepal, 4 Hindistan və 2 Almaniya vətəndaşı var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:38 / 30.05.2022
Nepalda təyyarənin qəzaya uğradığı yerdə 14 cəsəd tapıldı
Hazırda oxunan: Nepalda təyyarənin qəzaya uğradığı yerdə 14 cəsəd tapıldı
Hazırda oxunan: Nepalda təyyarənin qəzaya uğradığı yerdə 14 cəsəd tapıldı
76787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.