Blinken: “Lukaşenko Rusiyanın Ukraynaya təcavüzünə şərikdir”

Hazırda oxunan: Blinken: “Lukaşenko Rusiyanın Ukraynaya təcavüzünə şərikdir”

76774

Lukaşenko rejimi Ukraynaya qarşı müharibənin şərikidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Entoni Blinken Belarusla Həmrəylik Günü münasibətilə Tvitterdə yazdığı təbrik məktubunda səsləndirib.

"Belarusla Həmrəylik Günündə biz Lukaşenko rejiminin insan haqlarını boğmasını, beynəlxalq normalara məhəl qoymayaraq Ukraynaya qarşı müharibədə Rusiya ilə birgə iştirakını xatırlayırıq. Biz bu gün və hər gün Belarus xalqının yanındayıq”, deyə Blinken qeyd edib.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə Rusiyanın Ukraynaya təcavüzü ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

Xüsusilə, Lukaşenko bu yaxınlarda BMT-nin baş katibinə ünvanladığı məktubda Belarusun Rusiya-Ukrayna müharibəsində təcavüzkar olmadığını deyib və Qərbi Rusiyanın “narahatlıqlarına” qulaq asmamaqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin