İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı

Hazırda oxunan: İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı

76678

Mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli ticarət mərkəzinin çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə  Abadan şəhərinin Fövqəladə Halların İdarəedilməsi Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, dağıntılar altında aparılan axtarışlar zamanı əlavə cəsədlər tapılıb. Bununla yanaşı, xəstəxanaya çox ağır vəziyyətdə çatdırılanlar arasında da ölənlər olub.

Qeyd edək ki, Abadan şəhərinin prokurorluğu hadisə ilə əlaqədar cinayət işi açıb. Binanın istismarına cavabdeh olanlarla, binanın sahibi həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin