Prezident ona xəyanət edən arvadını boşadı

Hazırda oxunan: Prezident ona xəyanət edən arvadını boşadı

76665
Evelina İlves dövlət başçısının arvadına verilmiş bütün güzəştləri itirəcək.

Estoniya prezidenti Toomas Hendrik İlves və onun xanımı Evelina İlves 2004-cü ildə bağlanmış nikahlarını rəsmən pozublar.

Moderator.az  -ın ANS PRESS-ə məlumatına görə, bu haqda Estoniya prezidentinin dəftərxanasından xəbər verilib.

Mayın 1-dən etibarən Evelina İlves dövlət başçısının arvadına verilmiş bütün güzəştləri itirəcək.

“Qanuna əsasən prezidentin xanımı dövlətin hesabına xidməti maşından istifadə etmək və ehtiyacları üçün prezidentin rəsmi maaşından aylıq 30% pulu almaq hüququ var”x9d, - deyə xəbərdə bildirilir.

İlveslər qızlarının tərbiyəsi ilə birgə məşğul olacaq. 1952-ci ildə doğulmuş Toomas Hendrik İlves və 1968-ci il təvəllüdlü Evelina İlves 2004-cü ildə evləniblər. Onların 12 yaşlı Kadri Keyyu adlı qızı var.

Bu, hər ikisinin ikinci nikahı olub. Qeyd edək ki, keçən il avqust ayında Estoniya prezidentinin xanımı Evelina İlvesin gənc oğlanla öpüşən yerdə şəkilləri yayılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin