Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.
Bizim.Media-nın xəbərinə görə, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib.
MÖVZU İLƏ BAĞLI:
Konqresdə atışma zamanı bir qadın öldü - VİDEO
Onun sözlərinə görə, Konqres binası yaxınlığındakı qarşıdurmada daha 3 nəfər ölüb.
Bundan əvvəl isə polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib.
Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.
Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar.
Bizim.Media