ABŞ-ın hazırkı prezidenti Donald Trampın “Facebook”dakı tərəfdarlarına müraciətinin videoyazısı sosial şəbəkə rəhbərliyi tərəfindən silinib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Qay Rozen məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Tramp etirazçılara müraciət etdi - FOTO
O, bunu "fövqəladə hadisə" adlandırıb və Vaşinqtonda yeni şiddətin stimullaşdırılması riski ilə əlaqəli olduğunu izah edib.
Facebook rəsmisi bu barədə Twitter səhifəsində yazıb.
Bənzər addımlar Twitter rəhbərliyi tərəfindən də verilib və Trampın video mesajının yenidən yayımlanmasına, eyni zamanda ona cavab verilməsinə və bəyənilməsinə məhdudiyyət qoyulub.
Xatırladaq ki, Tramp iğtişaşlar başladıqdan sonra yenidən sosial şəbəkələrdə tərəfdarlarına müraciət edib.
İndiki Amerika lideri vətəndaşları asayişi qorumağa və etiraz aksiyalarını dayandıraraq evlərinə getməyə çağırıb.
Bizim.Media