Stoltenberq İsveç və Finlandiyanın təklifində Türkiyəni dəstəklədi

Hazırda oxunan: Stoltenberq İsveç və Finlandiyanın təklifində Türkiyəni dəstəklədi

76349

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsində Türkiyənin mövqeyini dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.

Mənbə yazır ki, Alyans rəhbəri Ankaranı NATO-nun mühüm müttəfiqi adlandıraraq, “Heç bir ölkə Türkiyə qədər terrordan əziyyət çəkməyib” sözlərini deyib.

Onun fikrincə, müttəfiqin narahatçılığı olanda məsələni müzakirə edib həll etmək lazımdır. 

“Həmişə belə olub. Məsələn, Yunanıstan veto hüququndan istifadə edərək Şimali Makedoniyanın dövlət adına görə NATO-ya üzv olmasına mane oldu. Problemin həlli üçün 10 ildən çox vaxt sərf olundu”.

NATO baş katibi ispan jurnalistlərin kürdləri PKK terrorçuları ilə eyniləşdirmək cəhdinə də qarşı çıxıb. 

“Siz kürdlərdən danışırsınız, amma etiraf edək ki, söhbət bir neçə kürd qruplaşmasından gedir və PKK Aİ tərəfindən terror strukturları siyahısına daxil edilib. İstər İsveçdə, istərsə də Finlandiyada olmasının fərqi yoxdur”, - deyə o bildirib.

Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya dəvət olunmuş ölkələr kimi Madriddə keçiriləcək NATO sammitində iştirak edə biləcək, lakin iyunun 28-dək Türkiyənin tələbləri yerinə yetirilməsə, onların Alyansa üzvlüyə namizəd olma ehtimalı azdır. 
“Mənim məqsədim Alyansın genişlənməsini sürətləndirməkdir və bunun üçün hələ vaxtımız var”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin