Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edib.
Bu barədə Bizim.Media-ya səfirlikdən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, “Lancaster House”da keçirilən tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində milli musiqilər səsləndirilib, milli mətbəxdən təamlar təqdim edilib.
Bizim.Media