“O çox içdi və indi tamamilə gücsüzdür”x9d.
“İctimai öhdəliklər”x9d layihəsi çərçivəsində qeyri-adi video çarx hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.
Moderator.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Həqiqi kişilər təcavüz etməzlər”x9d adlı kampaniyaya aid video çarxda yataq otağında qız və onun sevgilisi əks olunub.
Cütlük burada alkoqollu içki qəbul edir və bir müddət sonra qız sərxoş olaraq yuxuya gedir.
Yerindən qalxan oğlan kameraya yaxınlaşaraq, “O çox içdi və indi tamamilə gücsüzdür. Baxın görün indi nə baş verəcək”x9d ”“ deyir.
Qızın yanına gedərək onun üstünü örtən oğlan bir daha kameraya yaxınlaşır və kampaniyanın şüarını səsləndirir: “Həqiqi kişi təcavüz etməz”x9d.































































































