Bu gün Türkiyə TŞ iclası keçiriləcək – Nələr müzakirə olunacaq? 

Hazırda oxunan: Bu gün Türkiyə TŞ iclası keçiriləcək – Nələr müzakirə olunacaq? 

76258

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. 

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq iclasda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq. 

Toplantıda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı geniş məsləhətləşmələr aparılacaq. 

Həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi Ankaranın bununla bağlı “yol xəritəsi” müzakirə ediləcək. 

Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, habelə İraq, Liviya, Cənubi Qafqaz və Şərqi Aralıq dənizindəki proseslər barədə fikir mübadiləsi aparılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin