Litva Ukrayna üçün ianə toplayır – Bayraktar alınacaq

Hazırda oxunan: Litva Ukrayna üçün ianə toplayır – Bayraktar alınacaq

76254

Litva Ukrayna üçün Türkiyə istehsalı olan "Bayraktar" döyüş pilotsuz təyyarəsinin alınmasına görə vəsait toplamağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Litvanın müdafiə naziri Arvidas Anaşauskas Tvitter hesabında yazıb.

“Litvalılar “Bayraktar”ı Ukrayna üçün alırlar. Bir gündə 1 milyon avro yığılıb (5 milyon avroya ehtiyac var)” deyə o bildirib.

O, həmçinin vəsaitə kömək etmək istəyənlər üçün təfərrüatları dərc edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Baş Qərargahı bəyan etmişdi ki, Rusiya qoşunları “Bayraktar”lardan istifadəni qeyri-mümkün etmək üçün Qara dəniz əməliyyat zonasında aerodrom infrastrukturunu məhv edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin