Məşhur aparıcı zəlzələ zamanı ölümdən döndü- FOTO

Hazırda oxunan: Məşhur aparıcı zəlzələ zamanı ölümdən döndü- FOTO

76240
Tanınmış teleaparıcı Nepalda baş verən zəlzələ zamanı orada olub.

ANS PRESS-in məlumatına görə, Nepalda aprel ayında turizm mövsümü açıldığı üçün orada çoxlu sayda turist olub. Onlardan biri də Rusiyanın məşhur teleaparcısı Valdis Pelş olub. Pelş sosial şəbəkədə şəkillər paylaşaraq getdiyi yerlərin düşdüyü vəziyyəti göstərib.

O, rus jurnalistinə verdiyi müsahibəsində "əgər mən təkanlar olan zaman həmin yolu getsəydim, indi sizinlə danışa bilməzdim" deyib. Başqa bir şəkildə isə Valdis Pelş zəlzələ zamanı yaxınlığında olan Ronqbuk monastırının şəklini çəkərək paylaşıb.

Qeyd edək ki, Nepalda baş verən zəlzələ zamanı orada 30-dan çox rusiyalı turist də olub. Lakin səfirlik ölkədə mobil rabitə olmadığından onlarla əlaqə saxlaya bilmir.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin