Putin Xerson və Zaporojye vilayətlərinin sakinlərinin Rusiya vətəndaşlığına qəbulunu sadələşdirdi

Hazırda oxunan: Putin Xerson və Zaporojye vilayətlərinin sakinlərinin Rusiya vətəndaşlığına qəbulunu sadələşdirdi

76136

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin vətəndaşlarının Rusiya Federasiyasının vətəndaşlığına sadələşdirilmiş qaydada qəbulu haqqında fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, müvafiq fərman prezident aparatının rəsmi internet portalında dərc olunub.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” ilə əlaqələndirib.

Onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi qeyd edib ki, əsas məqsəd Donbasın azad edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin