“CARANDDRİVER” saytı 2020-ci ilin ən təhlükəsiz avtomobillərinin adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, saytın araşdırmasına görə, 12 avtomobil təhlükəsizlik kriteriyalarına daha çox uyğun gəlib.
MÖVZU İLƏ BAĞLI:
Dünyanın ən bahalı avtomobilləri - FOTO
“Genesis G80” avtomobilin sınaqları uğurla keçib. Bu avtomobil sürət və təhlükəsizliyi sevənlər üçün məsləhət görülür.
Honda Insight, Kia Optima, Lexus ES350 (hybrid), Lincoln Continental, Mazda 6, Mercedes-Benz E-class, Subaru Impreza, Subaru Legacy, Subaru WRX, Toyota Avalon və Toyota Camry də 2020 - nin ən təhlükəsiz avtomobilləri sırasındadır.
Sınaqlar avtomobillərin süni qəzalar yaradılmaqla sürətlə çırpılması və maneəli yollarla sürülməsi ilə həyata keçirilib.
Vüqar Ağamalıoğlu, Bizim.Media