Bayden Texas məktəbində törədilən qətliamla bağlı bəyanat verəcək

Hazırda oxunan: Bayden Texas məktəbində törədilən qətliamla bağlı bəyanat verəcək

76036

ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma haqqında məlumatlandırılıb. O, həlak olanların ailələrinə başsağlığı verib.

Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, ABŞ lideri hadisə ilə əlaqədar bəyanatla çıxış edəcək. Karin Jan-Pyer bunları özünün tvitter hesabında paylaşıb.

Daha əvvəl Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib. 

O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin