Texas ştatının senatoru Yuvalde şəhərindəki ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 20 nəfərin həlak olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bundan əvvəl şəhər polis idarəsinin nümayəndəsi Pit Arredondo hadisəni törətmiş şəxsin polislər tərəfindən zərərsizləşdirildiyini etiraf edib.
Daha əvvəl Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib.
ABŞ Prezidenti Co Bayden hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.
Bizim.Media