Forbes: Rusiya Ukrayna ərazisinin 20%-dən çoxunu ələ keçirib

Hazırda oxunan: Forbes: Rusiya Ukrayna ərazisinin 20%-dən çoxunu ələ keçirib

75987

2014-cü ildən bəri Rusiya Ukraynanın 125 min kvadrat kilometr ərazisini işğal edib. Bu da ölkənin ümumi ərazisinin 20%-dən çoxunu təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Forbes nəşri yazır. 

Mənbə qeyd edir ki, fevralın 23-dək Ukrayna torpaqlarının 7%-i Rusiyanın işğalı altında idi.
Bu günə qədər Kremlin zəbt etdiyi torpaqların ümumi sahəsi Macarıstan və Bolqarıstanın birləşmiş ərazilərinə bərabərdir.

“Müvəqqəti nəzarət olunmayan ərazilərə ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin bir hissəsi və Sevastopol şəhəri daxildir”, - nəşr aydınlaşdırır.

Eyni zamanda, müharibə zamanı Ukrayna Silahlı Qüvvələri Kiyev, Çerniqov, Sumı, Nikolayev və Jitomir vilayətlərini rus hərbçilərindən tamamilə azad edib. “Lakin Rusiya təkcə Ukrayna torpaqlarını işğal etmir, həm də Gürcüstan, Moldova və Yaponiyanın bəzi hissələrinə nəzarət edir”, – Forbes qeyd edib.

Jurnalistlərin hesablamalarına görə, Kreml müharibə başlayandan bəri 13 milyard dollar dəyərində texnika itirib.
Rusiyanın məhv edilən ən bahalı hərbi obyekti Moskva raket kreyseri (750 milyon dollar) olub.

Rusiya Federasiyası həmçinin İl-76 nəqliyyat təyyarəsini (86 milyon dollar) və Saratov iri desant gəmisini (75 milyon dollar) itirib. Müharibənin ilk həftələrində məhv edilmiş rus texnikasının dəyəri həftədə ən azı 1,5 milyard dollar təşkil edirdisə, sonradan bu rəqəm azalıb. Son 7 gündə təxminən 400 milyon dollar dəyərində texnika məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin