Məşhur müğənninin halı pisləşdi, həkimlər çağırıldı- FOTO

Hazırda oxunan: Məşhur müğənninin halı pisləşdi, həkimlər çağırıldı- FOTO

75953
Məşhur müğənni Gülben Ergenin halı açılışı etdiyi məktəbdə pisləşib. 

ANS PRESS-in məlumatına görə, Gülben Ergenin qurucusu və rəhbəri olduğu "Uşaqlar Gülsün Deyə" Dərnəyinin Mersində tikdirdiyi məktəbin açılışı olub. Həyat yoldaşı Erhan Çelik və dərnək rəhbərliyi birlikdə açılışa gələn məşhur müğənni uşaqlarla yaxından maraqlanıb. 

Çıxışlardan sonra məktəbin açılış lenti kəsilib. Bunun ardından Ergenin halı birdən pisləşərək yerə yıxılıb. Həyat yoldaşı Erhan Çelik Ergeni qucağına alaraq, məktəbin içinə aparıb. 

Məktəbə dərhal təcili yardım çağırılıb. Həkimlərin etdiyi müayinə nəticəsində məşhur ulduzun təzyiqinin düşdüyü bildirilib. 

Hazırda müğənninin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin