Xərçəngin dərmanı TAPILDI 

Hazırda oxunan: Xərçəngin dərmanı TAPILDI 

75930

Xərçəng şişləri ilə mübarizə ümidi ilə ilk dəfə insana eksperimental xərçəng öldürücü virus yeridilib.

Bizim.Media “mtv”yə istinadən xəbər verir ki, bu barədə “Science Alert” məqalə yayımlayıb.

Bildirilib ki, daha əvvəl heyvan üzərində sınaqdan keçirilmiş "CF33-hNIS" (Vaxinia) dərman namizədi ilk dəfə xəstə insana tətbiq edilib.

Dərmanın sağlam hüceyrələri qoruyaraq xərçəng hüceyrələrini aşkarlayan və hədəf alan "onkolitik virus" kimi işlədiyi qeyd olunub.

Los-Ancelesdə yerləşən “City of Hope” (Ümid şəhəri) xərçəng müalicəsi və tədqiqat mərkəzinin onkoloqu Daneng Li açıqlamasında bildirib ki, onkolitik viruslar immunitet sistemini xərçəngə cavab vermək və öldürmək üçün stimullaşdıra bilər, həmçinin immunitet sisteminin digər immunoterapiyalara daha həssas olmasını stimullaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin