İsveçin NATO-ya üzvlüyü üçün Türkiyənin rəsmi TƏLƏBİ

Hazırda oxunan: İsveçin NATO-ya üzvlüyü üçün Türkiyənin rəsmi TƏLƏBİ

75852

İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyənin mövqeyi çox aydındır.  Ankara Stokholmdan alyansın "kollektiv təhlükəsizlik prinsipi"nə uyğun olaraq konkret təminatlar verməsini gözləyir. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr Şöbəsinin yaydığı məlumatda deyilir.

“Ankara NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveçin Türkiyənin təhlükəsizliyi ilə bağlı prinsipial addımlar atacağını və konkret təminat verəcəyini gözləyir”, - bəyanatda bildirilir.

Açıqlamaya görə, bu cür təminatlar arasında terrora siyasi dəstəyin dayandırılması, terrorun maliyyələşdirilməsi mənbələrinin aradan qaldırılması, PKK terror təşkilatı və onun Suriya qolu PYD-yə hərbi dəstəyin dayandırılması, Ankaraya embarqonun və sanksiyaların aradan qaldırılması daxildir. 

"İsveç hökuməti PKK/PYD-ni hərbi texnika, xüsusilə də tank əleyhinə silahlar və pilotsuz təyyarələrlə təmin edir", - ofisdən bildirilib.

Ofis xatırladıb ki, İsveçin Türkiyəyə qarşı silah embarqosu Ankaranın Şərqi Aralıq dənizindəki qanuni maraqlarını beynəlxalq hüquq əsasında qorumaq və Suriya ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək səyləri fonunda tətbiq edilib.

“Ölkəmiz 2017-ci ildən bəri İsveçdən PKK/PYD və FETÖ terrorçularının ekstradisiyasını tələb edir, lakin hələ də müsbət cavab almayıb”, - deyə İdarədən bildirilib.

Bundan əlavə, kommünikeyə görə, NATO və Aİ üzvləri də daxil olmaqla 38 ölkənin terror təşkilatı siyahısına salınan və NATO üzvü olan Türkiyənin milli təhlükəsizliyini hədəfləyən PKK/PYD-yə dəstək üçün İsveç rəsmiləri 376 milyon dollar ayırmağı vəd edib. 
“Türkiyə NATO-da açıq qapı siyasətinə sadiqdir, lakin Ankara alyans üzvlərinin və bloka üzv olmağa namizəd ölkələrin digər sahələrdə olduğu kimi, terrorizmlə mübarizədə də fəal əməkdaşlıq etmələrini zəruri hesab edir”, - Ofisdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin