İraqın Kərkük vilayətində yerləşən Zab rayonun 24 nəfər İŞİD tərəfindən edam edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanın İTAR-TASS agentliyi yayıb.
Agentliyin məlumatına görə, öldürülənlərin hamısı İŞİD-lə döyüşdə əsir alınan şəxslər olub. Öldürülənlər arasında kürdlər, ərəblər və türkmanların da olduğu deyilir.
Qeyd edək ki, Zab rayonu Kərkük şəhərindən 95 kilometr uzaqlıqda yerləşir.




































































































