Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu həlak oldu – FOTO

Hazırda oxunan: Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu həlak oldu – FOTO

75727

Ukraynada Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun bacısı oğlu həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Baza” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Aprelin sonunda isə Salman döyüşlər zamanı həlak olub. 
General-leytenant Muradovun özü Ukraynada yaralanandan sonra həmin vaxt xəstəxanada olub. Bacısı oğlunun ölümü barədə ona məlumat verildikdə, dəfn edilməsi üçün heç olmasa onun bir sümüyünün tapılmasını xahiş edib.

Nəticədə Salmanın qalıqları Dağıstana, Dərbənd rayonuna gətirilib. General dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağda Rusiya sülhməramlı kontingentinə komandanlıq edib. O, hər iki çeçen müharibəsində iştirak edib, Suriyada hərbi məsləhətçi olub. 

Muradov Yuxarı Tsentoroy kəndinin alınmasında və üsyankar İçkeriya Respublikasının prezidenti Aslan Masxadovun Datoydakı qərargahının ləğvində iştirak edib.

Muradov həm də Suriyada hərbi müşavir kimi dəstələrə komandanlıq edib. Suriyadakı əməliyyata görə Muradov Rusiya Qəhrəmanı adına layiq görülüb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin