Türkiyə XİN başçısı "Twitter" səhifəsində qeyd edib ki, Almaniya Xarici İşlər naziri Hayko Maasla Türkiyə-Almaniya münasibətlərini, Şərqi Aralıq dənizi, Liviya və Ermənistanın təcavüzü ilə bağlı danışıqlar aparıblar.
M.Çavuşoğlu həmkarı ilə Yunanıstan və Kiprin Avropa İttifaqı ilə münasibətləri korlanmasına icazə verməyəcəkləri qərarına gəldiklərini bildirib.