Ukraynalı pilotlar “Azovstal”ın blokadasını necə yarıblar? - FİLM KİMİ ƏMƏLİYYAT

Hazırda oxunan: Ukraynalı pilotlar “Azovstal”ın blokadasını necə yarıblar? - FİLM KİMİ ƏMƏLİYYAT

75625

Ukraynalı pilotlar tarixin hələ bilmədiyi hərbi əməliyyatları uğurla həyata keçiriblər. Beş dəfədən çox Mariupoldakı “Azovstal”da blokadada olan Ukrayna hərbçilərinə vertolyotla yardım aparıblar.

Bizim.Media “glavred.info” saytına istinadən xəbər verir ki, bu barədə “Azov” alayının ilk komandiri və qurucusu Andrey Biletski “Ukrainskaya pravda”ya müsahibəsində danışıb.

Helikopterlər silah, dərman və digər zəruri əşyaların daşınmasına nail olub. Bundan əlavə, bu yolla yaralılar və öldürülən müdafiəçilərin cəsədləri Mariupoldan çıxarılıb.

Belə bir “hava keçidi” sayəsində şəhərin müdafiəsini gücləndirmək üçün 72 “Azov” döyüşçüsü gətirilib. "Kelt" çağırışı ilə ilk gətirilən şəxs ertəsi gün ölüb.

"Yeri gəlmişkən, o, istədiyi kimi həlak olub. Dostlarına "Mən evdə ölmək istəyirəm” sözlərini deyib. Və doğulub boya-başa çatdığı evin qonşu küçəsində ölüb. Kiçik vətənində birbaşa ürəyindən vurulub” – Biletski bildirib.

Helikopterlər, həmçinin həkimləri də çatdırıb. Dneprdən gələn sonuncu helikopterdə mülki tibb bacısı, anestezioloq və iki cərrah olub.

Daha sonra düşmən artıq uçuş marşrutunu müəyyənləşdirib və hava hücumundan müdafiə sistemini yerləşdirib. Biletski bildirib ki, bəşər tarixində belə əməliyyatlar olmayıb. O, əlavə edib ki, ilk gələn ekipaj komandirinin hekayəsi filmə çəkilməlidir.

"Ola bilsin ki, müharibədən sonra, bu, çəkiləcək. Bu haqda pilotun özü danışmalıdır. O, hazırda  sağdır”, - Biletski deyib.

Xatırladaq ki, “Azovstal”da 84 gün qalan “Azov” alayının mətbuat katibi Dmitri Kazatski qısametrajlı vida filmi çəkib.

“Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün “Azovstal” zavodundan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya aparılıb. Onların daha sonra vətənə qayıtması üçün mübadilə proseduru həyata keçiriləcək”, deyə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Britaniya kəşfiyyatının məlumatına görə, 1700-ə yaxın ukraynalı əsgər “Azovstal”ı tərk edib. Eyni zamanda, metallurgiya zavodunun ərazisində hələ də Ukrayna müdafiəçisinin qaldığı deyilir.

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib ki, ukraynalı hərbçilər qeyri-insani şəraitdə ağır xəsarətlərlə sağ qalıb. İlk növbədə onlara normal tibbi yardım lazımdır. Onun sözlərinə görə, Ukrayna tərəfi müdafiəçilərin vəziyyəti stabilləşən kimi onları təxliyə etməyə çalışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin