İsveçdə "siğə" adlanan müvəqqəti evliliklə məşğul olan şiə din xadimləri ilə bağlı polis araşdırmasına start verilib.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb bir neçə din xadiminin İsveç qanunları ilə ziddiyyət təşkil edən bu cür "müvəqqəti evliliklər"ə təşkil etməsi və bu "nikahlar"ı bağlamağın müqabilində də "cütlüklər"dən pul almasıdır.
Malmö şəhərinin polis zabiti Petra Stenkula məsələ ilə bağlı bildirib ki, əgər təhqiqatı o aparsaydı, insan alveri ilə bağlı cinayət işi qaldırardı.
Aparılan gizli çəkilişlər zamanı bir çox şiə din xadiminin pula ehtiyacı olduğu üçün başqa yolu olmayan və "siğə" nikahı bağlamağa məcbur qaldığını deyən xanıma bu istiqamətdə "kömək" edə biləcəyini deyib.
Bəzi ruhanilər isə özləri həmin qadınla "siğə" bağlamaq istəyiblər. Az sayda din xadimi isə bu cür evliliyin yolverilməz olduğu və İsveç qanunları ilə ziddiyyət təşkil etdiyini bildirib.
İsveç polisi həm qadınlarla "siğə" bağlayan kişilərə, həm də "siğəni" bağlayan imamlara qarşı "fahişəliyə cəlb etmə" ittihamı üzrə cinayət işi qaldırıla biləcəyini bildirir.
Surxay, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:34 / 20.05.2022
Şiə “molla”larının İsveçdə "siğə" biznesi İFŞA OLUNDU
Hazırda oxunan: Şiə “molla”larının İsveçdə "siğə" biznesi İFŞA OLUNDU
Hazırda oxunan: Şiə “molla”larının İsveçdə "siğə" biznesi İFŞA OLUNDU
75388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.