G7 qlobal aclıqla mübarizəyə görə alyans yaratdı

Hazırda oxunan: G7 qlobal aclıqla mübarizəyə görə alyans yaratdı

75325

G7 ölkələrinin inkişaf nazirləri qlobal aclığın qarşısını almaq məqsədilə alyans yaratmaq barədə razılığa gəliblər. 

Bizim.Media “bmz”yə istinadən xəbər verir ki, sözügedən alyans qlobal ərzaq təhlükəsizliyini təmin etməlidir. 

Bununla yanaşı, alyans dünya əhalisinin ərzaqla təmin edilməsində dövlətlərin həm maliyyələşdirilməsini, həm də əməkdaşlığını təşkil etməlidir.

Dünya Bankı, G7 və Aİ Komissiyası ilə yanaşı, alyansa artıq BMT-nin Qlobal Böhran Cavab Qrupu, Norveç, Danimarka, Afrika İttifaqı, BMT-nin Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond tərəfindən dəstək verilir. 
Qeyd edək ki, BMT-nin qiymətləndirməsinə görə, müharibə səbəbindən Ukraynada təqribən 25 milyon ton taxıl dünya üçün əlçatmaz olaraq qalıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin