Ukrayna Baş Qərargahı: "14 hücumun qarşısı alındı”

Hazırda oxunan: Ukrayna Baş Qərargahı: "14 hücumun qarşısı alındı”

75294

“Rusiya Silahlı Qüvvələri Severodonetsk istiqamətində hücum edib, uğur qazanmayıb, itki verərək geri çəkilməyə məcbur olub”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. 

Məlumatda bildirilir ki, Rusiya hərbçiləri Ukraynanın Aleksandropol, Novomixailovka, Aleksandrovka, Vesele hücum keçib, ancaq itki verərək geri çəkiliblər. 

Həmçinin qeyd olunur ki, son sutkada Donetsk və Luqansk istiqamətlərində düşmənin 14 hücumunun qarşısı alınıb, 8 tankı, 14 zirehli döyüş maşını və 6 bölmə texnikası məhv edilib. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri Rusiyanın bir “Orlan-10” PUA-sını vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin