Bu konfetlər ancaq qadınlar üçündür

Hazırda oxunan: Bu konfetlər ancaq qadınlar üçündür

75203
Amerikalı bir qadın öz əhvalını yüksəltmək və səhhətini yaxşılaşdırmaq üçün yeni konfet resepti hazırlayıb.

ANS PRESS-in məlumatına görə, Tanya Qrin adlı qadının resepti bir neçə problemi həll edir. Belə ki, bu şirniyyatlar sayəsində qadınların şirniyyata olan meyli azalır, xoşagəlməz hissləri aradan qaldırır və bədən quruluşuna təsir etmir. Tanya qısa müddət ərzində "PMS Bites" şirktini yaradıb və konfetin istehsalı üçün lazım olan vəsaiti toplayıb. O, cəmi 15 saat ərzində 5000 dollar yığıb. Bununla da konfetlərin istehsalına başlayıb.

İndi "PMS Bites" 3 növ konfet istehsal edir. Tanya bunların adlarının qadınların xasiyyətlərinə uyğun olduğunu deyib. Şirniyyatlar "təmiz çılğınlıq", "kokos dəliliyi" və "qəzəbin bütün növləri" adlarla adlandırılıb. Konfetlərin hamısı bitki tərkibli təbii inqrediyentlərdən hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin