ABŞ-da həyəcanlı anlar: Süleymaninin intiqamını almaqla təhdid etdilər

Hazırda oxunan: ABŞ-da həyəcanlı anlar: Süleymaninin intiqamını almaqla təhdid etdilər

7515

Naməlum şəxslər İran generalı Qasım Süleymaninin intiqamını almaq üçün təyyarə ilə ABŞ Konqresinin binasına (Kapitoli) tərəf uçmaqla təhdid ediblər.

Bu haqda səs yazısını Nyu-York şəhərinin avia dispetçerləri eşidiblər.

Bizim.Media xəbər verir ki, məlumatı CBS News telekanalı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Süleymaninin ölümündə əsas rolu Tramp oynayıb - İDDİA


Mənbə yazır ki, ABŞ səlahiyyətliləri bu mesajı kimin Nyu-Yorkdakı dispetçerlərə göndərdiyini hələ müəyyən edə bilməyiblər.

“Çərşənbə günü Kapitoliyə təyyarə ilə gedəcəyik. Süleymaninin intiqamı alınacaq”- telekanal naməlum şəxslərin yaydığı mesajdan sitat gətirib.

CBS News səlahiyyətlilərin hələ təhdidi ciddi hesab etmədiklərini qeyd edib. Əslində isə bu fakt öz-özlüyündə narahatlıq doğurub.

Dispetçerlərə göstəriş verilib ki, hər hansı bir təyyarənin göstərilən uçuş yolundan şübhəli bir şəkildə kənara çıxması barədə məlumat versinlər. Federal Təhlükəsizlik Xidməti hər hansı bir təhdidə qarşı ciddi yanaşdıqlarını deyib.

Yanvarın 6-da çərşənbə günü ABŞ Konqresi prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün Kapitol binasında bir araya gələcək.

Xatırladaq ki, general Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanı yaxınlığında ABŞ-ın raket zərbəsi nəticəsində öldürülüb.

Sonra İran qoşunları Ain-el-Əsəd bazasına və İraqın Ərbil şəhərindəki hava limanına zərbələr endirib. Tehran öz növbəsində Süleymaninin qətlinə görə intiqam alacağını bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin