Suriyada müharibədə valideynlərini itirmiş kimsəsiz qalan azərbaycanlı uşaqların bəzilərinin qohumları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Belə-belə işlər” layihəsi məlumat yayıb.
Bu uşaqlar hazırda kimsəsizlər evində qalırlar.
Onların arasında bacı-qardaş - Zeyd və Reyhan var. Valideynlərini itirmiş bacı-qardaş uzun zamandır ki, müharibənin getdiyi torpaqlarda qalıblar. Zeyd hazırda mədrəsədə təhsil alır. O, bacısını ancaq həftədə bir dəfə görə bilir.
Zeyd və Reyhanın Azərbaycana nə zaman gətiriləcəyi isə hələlik bəlli deyil.
Qeyd edək ki, mərkəzdə Zeyd və Reyhandan başqa, daha 2 uşaq – Sümeyyə və Zeynəb bacıları da qalır. Bacıların artıq qohumu – xalaları tapılıb.
Bizim.Media