İsrail İranla genişmiqyaslı müharibəyə hazırlaşır

Hazırda oxunan: İsrail İranla genişmiqyaslı müharibəyə hazırlaşır

74948

İsrail Müdafiə Qüvvələri (IDF) ilk dəfə olaraq İran və onun müttəfiqlərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün təlimlər keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Maariv agentliyi yayıb. 

Mənbə yazır ki, “Atəş arabaları” adlı təlim çərçivəsində İDF İrana hücuma hazırlaşacaq. Manevrlərdə İsrailin şimal hissəsində gərginliyin artması halında iştirak edə biləcək bütün bölmələr iştirak edəcək.

Xüsusilə, İDF İsrail ərazisinin Yəmən, İraq və Suriyadan atəşə tutula biləcəyinə hazırlaşır.

İsrail Müdafiə Nazirliyinin manevrləri ilə eyni vaxtda İsrailin müdafiə naziri Benni Qantz mayın 18-də ABŞ-a uçacaq və orada Amerikanın Tehrana qarşı mövqeyini sərtləşdirmək üçün bir sıra görüşlər keçirəcək.
İsrail xəbərlərinin məlumatına görə, Qantz daha əvvəl bildirib ki, İran hazırda nüvə obyektlərində min yeni çentrafuqa (fırlanmanı təmin edən mexanizm) quraşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin