NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiyanın Alyansdakı səfiri Klaus Korhonen və İsveç səfiri Aksel Vernhoff ilə görüşüb.
Bizim.Media xəbər verir ki, səfirlər Yens Stoltenberqə ölkələrinin NATO-ya üzv olması ilə bağlı ərizələri rəsmi şəkildə təqdim ediblər.
"İsveç və Finlandiyanın NATO-ya üzv olmaq xahişini ürəkdən alqışlayıram. Bu gün verdiyiniz təkliflər tarixi addımdır.
Alyans indi NATO yolunda növbəti addımları müzakirə edəcək. Bütün ölkələrin təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Biz bütün sualları həll etmək və qəbul prosesinin tez başa çatmasına nail olmaq əzmindəyik”, - Stoltenberq bildirib.
Bizim.Media