“Türkiyə hər zaman Krım tatarlarının yanında olacaq” – Türkiyə XİN 

Hazırda oxunan: “Türkiyə hər zaman Krım tatarlarının yanında olacaq” – Türkiyə XİN 

74923

“250 min Krım tatarının çoxu sürgün zamanı və ya sürgün olunduqları yerlərdə həyatını itiriblər. Bu gün biz bu faciəli hadisənin 78-ci ildönümünü anırıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Krım tatarlarının sürgününün 78-ci ildönümü ilə bağlı açıqlamasında bildirib. 

“Türkiyə Krım tatarlarının kimliyini qorumaq, onların rifah və əmin-amanlığını təmin etmək üçün hər zaman soydaşlarımızın yanında olmağa davam edəcək” – deyə Bilgiç qeyd edib. 

XİN sözçüsü bildirib ki, mayın 21-i Çərkəz sürgününün 158-ci ildönümü kimi qeyd olunur:

“XIX əsrdə çar Rusiyasının Qafqaza hücumu zamanı Qafqaz xalqları yüz minlərlə itki vermiş, sağ qalanların bir çoxu öz vətənlərini tərk edərək Anadoluya sığınıblar. Çərkəz sürgün adlanan bu faciənin acısını bu gün də hiss edirik. Bununla bağlı həm Krım tatarlarının, həm də qardaş Qafqaz xalqlarının yaşadıqları hər iki faciə zamanı həyatını itirənlərin qarşısında ehtiramla baş əyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin