Rusiya Müdafiə Nazirliyi Qələbə paradından ən yeni beşinci nəsil qırıcı T-50-ni çıxarmağa qərar verib.
ANS PRESS-in məlumatına görə, bu qırıcıların yerinə Rusiya Hərbi Hava Qüvvələrlərinin ən yeni təyyarəsi Su-35 olacaq.
Su-35 zahirən Sovet Su-27-indən fərqlənmir. Ekspertlər hesab edirlər ki, bu qərar təhlükəsizliklə bağlı qəbul edilib.
Yeni nəsil qırıcı T-50-ni avqustda keçiriləcək MAKS aviaşousunda görmək mümkün olacaq. Hərbi mənbədən bildirilir ki, T-50 qırıcıları tam hazır deyil.
.
"Təyyarə hələ dövlət sınaqlarını keçməyib. Qırıcı Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına qəbul edilməyib", - hərbi mənbə bildirir.
Qeyd edək ki, Qələbənin 70 illiyinə həsr edilmiş parad 9 mayda Moskvada Qırmızı meydanda keçiriləcək.




































































































