“Mariupol bölgəsindəki ağır itkilərə görə Rusiya ordusu şəhərə hücuma xeyli sayda əlavə qeyri-nizami qoşunları cəlb etməyə məcbur olub. Onların arasında Çeçenistandan olan döyüşçülər də var”.
Bizim.Media BBC-nin “Rus Xidməti”nə istinadən xəbər verir ki, bu haqda informasiyanı Britaniya Müdafiə Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, Çeçenistandan olan “bir neçə min döyüşçü” hazırda əsasən Mariupol və Luqansk bölgəsində cəmləşib.
“Bu qüvvələr çox güman ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun hakimiyyətini saxlamaq üçün məsuliyyət daşıyan könüllülərdən və milli qvardiya birləşmələrindən təşkil olunub. Kadırov bu kontingenti şəxsi nəzarətində saxlayır və onun əmisi oğlu Adam Delimxanov, çox güman ki, Mariupolda çeçen səhra komandiri kimi fəaliyyət göstərir”, - Britaniya kəşfiyyatı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:13 / 18.05.2022
Britaniya kəşfiyyatı: Kadırov döyüşçülərini Mariupol və Luqansk vilayətinə göndərib
Hazırda oxunan: Britaniya kəşfiyyatı: Kadırov döyüşçülərini Mariupol və Luqansk vilayətinə göndərib
Hazırda oxunan: Britaniya kəşfiyyatı: Kadırov döyüşçülərini Mariupol və Luqansk vilayətinə göndərib
74912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.