Ukrayna və Fransa prezidentləri telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Volodimir Zelenski "Twitter" hesabında açıqlama verib.
O, Emmanuel Makronla müharibənin gedişindən danışdığını və Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatının təfərrüatları barədə fransalı həmkarını məlumatlandırdığını deyib.
“Biz döyüş əməliyyatlarının gedişi, hərbçilərin “Azovstal”dan təxliyəsi əməliyyatı və danışıqlar prosesinin perspektivləri barədə danışdıq. Ukraynaya yanacaq tədarükü məsələsini qaldırdım”.
Zelenski, həmçinin Rusiya ilə danışıqlar prosesinin gələcək perspektivləri ilə bağlı fikirlərini də açıqlayıb.
Prezidentlər, həmçinin Fransanın müdafiə dəstəyini, 6-cı sanksiyalar paketinin hazırlanmasını, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının mümkün yollarını müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:05 / 17.05.2022
Zelenski Makrondan yanacaq istədi - TELEFON DANIŞIĞININ DETALLARI
Hazırda oxunan: Zelenski Makrondan yanacaq istədi - TELEFON DANIŞIĞININ DETALLARI
Hazırda oxunan: Zelenski Makrondan yanacaq istədi - TELEFON DANIŞIĞININ DETALLARI
74868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.