Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreya ilə bağlı yeni açıqlama yayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ÜST Şimali Koreyada bir milyondan çox insanın "Qızdırma" adlanan virusa yoluxduğunu, 50 nəfərin isə sözügedən xəstəlikdən vəfat etdiyini açıqlayıb.
Lakin ölkədə kifayət qədər test olmadığı üçün ölümlərin koronavirus qaynaqlı olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil.
Şimali Koreyanın lideri Kim Çen In keçirdiyi fövqəladə iclasda epidemiya ilə mübarizə üçün orduya əmr verib. O, əsgərlərin paytaxt Pxenyanda dərman vasitələrin paylanmasına nəzarət edəcəyini bildirib.
“Bu, ölkəmizin yarandığı gündən bəri üzləşdiyi ən böyük problemdir”, - deyə K.Çen In vurğulayıb.
Qeyd edək ki, Şimali Koreyada virusun qarşısını almaq üçün fövqəladə vəziyyət elan eedilib. Fövqəladə vəziyyət çərçivəsində ölkə daxilində karantin tətbiq edilir.
Oral Mədənçi, Bizim.Media
- A-
- A
- A+
Dünya
19:39 / 16.05.2022
Kim Çen In orduya ƏMR verdi - Şimali Koreyada FÖVQƏLADƏ VƏZİYYƏT - FOTO
Hazırda oxunan: Kim Çen In orduya ƏMR verdi - Şimali Koreyada FÖVQƏLADƏ VƏZİYYƏT - FOTO
Hazırda oxunan: Kim Çen In orduya ƏMR verdi - Şimali Koreyada FÖVQƏLADƏ VƏZİYYƏT - FOTO
74656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.