İt satıcılıq edir, market işlədir - VİDEO

Hazırda oxunan: İt satıcılıq edir, market işlədir - VİDEO

74617
Yaponiyada bir it bütün dünyanın diqqətini cəlb edib. Kiçik bir dükanda yaşayan köpək 24 saat bu dükandakı malları qorumaqla kifayətlənmir, müştəriləri də qarşılayır.

 Müştərilər bu dükandan nəsə almağa çalışanda, ilk reaksiya köpəkdən gəlir. Başını pəncərədən çıxarıb müştərilərə baxan it, hürərək sahibini müştəri ilə məşğul olmağa səsləyir.


İtin bu canfəşanlığı təkcə yaponiyada səs-küyə səbəb olmayıb. Sosial mediyada sensasiya yaradan köpək qısa müddətdə turistlərin də marağını cəlb etməyə başlayıb. Son vaxtlar, yaponiyaya gələn turistlərin Tokiodakı bu mağazaya baş çəkməsi də bunu sübut edir.

Yerli mediyanın da  uzun müddət gündəmindən düşməyən Şiba adlı köpəyin sayəsində dükan sahibinin gəlirləri bir neçə dəfə artıb.(atv.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin