Lukaşenko: “Rusiya NATO-nun genişlənməsi ilə təkbaşına mübarizə aparmamalıdır” - VİDEO

Hazırda oxunan: Lukaşenko: “Rusiya NATO-nun genişlənməsi ilə təkbaşına mübarizə aparmamalıdır” - VİDEO

74616

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya NATO-nun genişlənməsinə qarşı təkbaşına mübarizə aparmamalıdır.

Bizim.Media “russian.rt.com”a istinadən xəbər verir ki, o, bunu KTMT-yə üzv dövlət başçılarının Moskvada keçirilən sammiti zamanı deyib.

“Xarici işlər nazirlərimiz həmin dövlətlərin (NATO ölkələri nəzərdə tutulur) səslənən niyyətlərini nəzərə alaraq, NATO-nun genişlənməsinin yeni dalğasına siyasi olaraq necə cavab verəcəyimizi düşünsünlər”, - Lukaşenko bildirib.

Onun fikrincə, KTMT-yə üzv ölkələr “əvvəlcədən bu məsələ ilə bağlı təşkilatın mövqeyini işləməli və öz maraqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdırlar”.

O, əlavə edib ki, ölkələr bu məsələdə həmrəy olmalıdır, “yalnız Rusiya narahatlığını ifadə etməməli və NATO-nu genişləndirmək cəhdi ilə təkbaşına mübarizə aparmamalıdır”.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrini Kiyevə “döyüş meydanında qələbə qazanmağa” kömək etmək üçün Ukraynaya hərbi yardımın həcmini artırmağa çağırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin