"Bir araya gəlməsək, sabah mövcud olmayacağıq" - Lukaşenkodan KTMT ölkələrinə SƏRT TƏNQİD

Hazırda oxunan: "Bir araya gəlməsək, sabah mövcud olmayacağıq" - Lukaşenkodan KTMT ölkələrinə SƏRT TƏNQİD

74615

Yanvar hadisələrindən fərqli olaraq, indi KTMT ölkələri lazımi birlik və qarşılıqlı yardım səviyyəsini nümayiş etdirmir. 

Bizim.Media “regnum.ru”ya istinadən xəbər verir ki, bunu mayın 16-da Moskvada keçirilən KTMT sammitində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Son hadisələr göstərir ki, bəlkə də mən səhv edirəm, KTMT-dəki ayrı-ayrı tərəfdaşlar bu təşkilata üzv olan digər dövlətlərin milli aviaşirkətlərinin uçuşlarına qadağa qoyur.
Konsolidasiya edilmiş Qərbin ən şiddətli quduz sanksiya təzyiqləri fonunda birlik və həmrəylik postulatları heç də həmişə işləmir. Təəssüf ki, bunu beynəlxalq təşkilatlarda səsvermə zamanı da görmək olar”, - Lukaşenko bildirib.

“Tərəfdaşlarımızın gizli razılığı ilə Qərb Belarus və Rusiyaya beynəlxalq həyatın bütün qanunlarına zidd olaraq böhtan atır.

Ölkələrimiz beynəlxalq təşkilatlardan kənarlaşdırılır. Bəli, sizə, KTMT üzvlərinə qarşı təzyiqlər var. Amma məhz belə hallar üçün kollektiv qarşılıqlı dəstək mövcuddur! Ölkələrimiz sürətlə bir araya gəlməsə, siyasi, iqtisadi və hərbi əlaqələr güclənməsə, biz sabah mövcud olmaya bilərik”, deyə o vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin