Hazırkı mərhələdə NATO-ya qəbulu Türkiyə tərəfindən dəstəklənməyən Finlandiya və İsveç respublikada terrorçu kimi tanınan qrupların fəaliyyətində əli olmaqda şübhəli bilinən 33 nəfərin ekstradisiyası ilə bağlı Ankaranın sorğusunu təmin etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Türkiyə Finlandiyadan 6-sı FETÖ, 6-sı PKK üzvü olmaqla 12, İsveçdən 10-u FETÖ, 11-i PKK üzvü olmaqla 21 nəfərin ekstradisiya prosesinə başlayıb.
Ekstradisiya ilə bağlı 19 müraciət rədd edilsə də, onlardan 5-i hər iki ölkədə cavabsız qalıb.
2-si Finlandiyada və 7-si İsveçdə olmaqla 9 ekstradisiya sorğusuna baxılması hələ də davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:48 / 16.05.2022
Finlandiya və İsveç 33 terrorçunu Türkiyəyə təhvil vermir – “TRT Haber”
Hazırda oxunan: Finlandiya və İsveç 33 terrorçunu Türkiyəyə təhvil vermir – “TRT Haber”
Hazırda oxunan: Finlandiya və İsveç 33 terrorçunu Türkiyəyə təhvil vermir – “TRT Haber”
74606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.