Belarusun Baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.
Bizim.Media “BELTA” agentliyinə istinadən xəbər verir ki, nazir səfər çərçivəsində ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək, Gəncə avtomobil zavodunu, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərini, eləcə də “İqlim” istehsalat müəssisəsini ziyarət edəcək.
Həmçinin bildirilib ki, səfər zamanı Belarus və Azərbaycanın işgüzar dairələri arasında biznes görüşlərin keçirilməsi planlaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:48 / 16.05.2022
Belarusun Baş naziri Azərbaycana gələcək
Hazırda oxunan: Belarusun Baş naziri Azərbaycana gələcək
Hazırda oxunan: Belarusun Baş naziri Azərbaycana gələcək
74587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.